Ruslar kütləvi şəkildə avtomobil sürməkdən imtina edirlər - ARAŞDIRMA

Ruslar kütləvi şəkildə avtomobil sürməkdən imtina edirlər - ARAŞDIRMA

Son bir ildə Rusiyada yaşanan benzin böhranı vətəndaşların avtomobildən istifadəsinə xeyli təsir edib.

Bununla bağlı məşhur "Avtostat" analitik agentliyinin direktoru Sergey Tselikov özünün "Telegram" kanalında sorğu məlumatlarını paylaşıb. Sorğuya əsasən, Rusiyada sürücülərin 36%-i şəxsi avtomobilləri ilə gedişlərinin sayını azaldıb.

Tədqiqat "Avtostat"ın "Telegram" kanalının abunəçiləri arasında 1200-dən çox iştirakçı ilə aparılıb. Respondentlərin 15%-i avtomobil idarə etmə müddətini 10-20%, 11%-i 20-50% azaldıb. Daha 10%-i isə olduqca nadir hallarda avtomobil idarə etdiyini bildirib.

Respondentlərin yarısı (50%), o cümlədən benzin, dizel və maye qazla işləyən avtomobil sahibləri maşınla olan səyahət vərdişlərinin dəyişmədiyini bildirib. Respondentlərin yeddi faizi elektrik və ya hibrid avtomobillər idarə etdiklərini, eyni sayda respondent isə avtomobil sahibi olmadıqlarını və buna görə də yanacaqdoldurma məntəqəsindəki problemlərdən təsirlənmədiklərini bildirib.

Müəllif: Tural

Mənbə: publika.az