Bu vakant vəzifələr üzrə test imtahanı keçiriləcək

Bu vakant vəzifələr üzrə test imtahanı keçiriləcək

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan vəzifələr üzrə işə qəbul üçün test imtahanı keçiriləcək.

MÜTDA-dan verilən məlumata görə, həmin vəzifələr aşağıdakılardır:

* Psixoloq

* Təsərrüfat müdiri

* Təsərrüfat işləri üzrə direktor müavini

* Kitabxanaçı

* Kitabxana müdiri

* Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri

* Uşaq birliyi təşkilatı rəhbəri

Tarix: 31 avqust 2026-cı il

Ünvan: Şamaxı şəhəri M. Veysov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi

I seans

* Qeydiyyat: 12:00

* İmtahan: 13:00

* Vəzifələr: kitabxanaçı, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq

II seans

* Qeydiyyat: 15:00

* İmtahan: 16:00

* Vəzifələr: təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri

Namizədlərin imtahana şəxsiyyəti təsdiq edən sənədlə gəlməsi vacibdir.

İştirakçıların qeydiyyat və imtahan saatlarına gecikməmələri xahiş olunur.


Mənbə: unikal.az