Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO

Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO

ABŞ-də avtomobillərin orta qiymətinin 50 min dollara yaxınlaşması bu il üzrə ən yüksək göstərici kimi qeydə alınıb.

Xəzər TV-yə istinadən xəbər verilir ki, Amerika avtomobil bazarındakı bu dəyişiklik Azərbaycanlı alıcılar üçün də maraq doğurur. Çünki, ölkəmizə ABŞ-dən kifayət qədər avtomobil gətirilir.

Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov deyir ki, burada əsas məqam avtomobillərin hansı kateqoriyaya aid olmasıdır.

Yəni okeanın o tayında yeni avtomobillərin bahalaşması birbaşa olaraq Azərbaycanda ABŞ mənşəli avtomobillərin qiymətinə eyni nisbətdə təsir göstərmir.


Mənbə: unikal.az