Şəkinin bəzi kəndlərində qaz kəsiləcək

Şəkinin bəzi kəndlərində qaz kəsiləcək

Sabah Şəkidə 8 kəndin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Aşağı Göynük, Köndələn, Abbaskənd, Birinci Biləcik, İkinci Biləcik, Baş Göynük, Qumux və Baş Layısqı kəndlərinin qazla təchizatında fasilə yaranacaq.


Mənbə: unikal.az