2026–2027-ci tədris ili üzrə dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi bu gün saat 15:00-dan etibarən yenidən başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına istinadla xəbər verilir ki, müraciətlər “myGov” üzərindən elektron formada aparılır.
Bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür. Boş yerlər olduqda növbənin sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçirilir. Boş yerlərə qəbul isə ilboyu davam etdiriləcək.
Fəridə
Mənbə: bizim.media