Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 10 ölkəyə 14 milyon 677 min 952 ton neft ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verilir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkə İtaliya, Çexiya və Rumıniyadır.
2026-ci ilin 8 ayında Azərbaycan İtaliyaya 5 milyard 226 milyon 65 min ABŞ dolları dəyərində 8 milyon 470 min 707,2 ton, Çexiyaya 712 milyon 773 min ABŞ dolları dəyərində 1 milyon 60 min ton və Rumıniyaya 581 milyon 707 min ABŞ dolları dəyərində 924 min 914 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-avqust aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:

Mənbə: bizim.media