Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Startaplar və texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim olunan innovasiya məhsullarının dövlət satınalmalarında iştirakı da stimullaşdırılacaq.

Bu məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə həmçinin 250 min manatadək satınalmalarda innovasiya məhsullarına 20 faizlik satınalma güzəşti, 100 min manatadək innovasiya məhsullarının alınması üçün isə xüsusi satınalma mexanizmi tətbiq edilməsi təklif olunur.

Bundan başqa, innovasiya məhsullarının real şəraitdə sınaqdan keçirilməsi üçün 1 milyon manatadək və 12 ayadək pilot tətbiq müqavilələrinin bağlanmasına imkan yaradılması nəzərdə tutulur.

Eyni zamanda texnologiyalar parklarının iri rezidentləri üçün vergi və sosial sığorta güzəştlərinin ixrac göstəricilərindən asılı olaraq tətbiqi, kraudfandinq və vençur kapitalı investisiyalarının vergidən azad edilməsi, işçilərin pay və səhm iştirak planlarına vergi güzəştlərinin verilməsi təklif edilir.

Mənbə: publika.az