İrəvan Ağsaqqallar Şurası mer və digər bələdiyyə məmurlarının maaşlarını artırmaq qərarına gəlib.
“Sputnik Ermənistan”a istinadla xəbər verilir ki, sənəd təsdiqlənməmişdən əvvəl müxalifət onun açıq müzakirəsini təklif etsə də, hakim fraksiya bu ideyanı rədd edib.
"Milli Tərəqqi" müxalifət fraksiyasının rəhbəri Aram Torosyanın sözlərinə görə, müzakirə ilkin əmək haqqından asılı olmayaraq hər kəsin maaşının 30% artırılması ilə bağlı olub.
Bu, böyük bir balanssızlıq yaradır və mer və onun müavinlərinin maaşları digərlərinin maaşlarından xeyli fərqlənir.
Məmurların maaşlarının hesablanması üçün yeni sistemə əsasən, merin maaşı 1.320.000 dramadan 2.080.000 drama (5.745 dollar, təxminən 9700 manat) qədər artacaq.
Birinci vitse-merin maaşı 1.020.000 dramadan 1.913.600 drama (5.300 dollar), vitse-merin maaşı 952.000 dramadan 1.830.400 drama (5.000 dollar), inzibati rayon rəhbərinin maaşı 850.000 dramadan 1.248.000 drama (3.450 dollar), merin müşavirinin maaşı isə 629.000 dramadan 915.200 drama (2.500 dollar) artacaq.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 7650 manat məvacib alır.
Müəllif: Tural
Mənbə: publika.az