Alüminium və ondan hazırlanan məmulatların ixracı artıb

Alüminium və ondan hazırlanan məmulatların ixracı artıb

Ötən ay 6064 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 13,8 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 8,9 milyon dollar olmaqla 4744 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Mənbə: azertag.az