Dünyanın 10 ən böyük şirkəti açıqlandı

Dünyanın ən iri onlayn alış-veriş platformlarından “Amazon” illik “Forbes Global 2000” şirkətlər reytinqində 22-ci yerdən 10-cu yerə qalxıb.

“Report” xəbər verir ki, 9 il dalbadal birinci yerdə qalan Çin Sənaye və Ticarət Bankı ICBC-dən və ikinci dəfədir beşinci yer tutan Səudiyyə Ərəbistanı “Aramco” dövlət neft qaz şirkətindən başqa reytinqin top-10-unda yerdəyişmələr baş verib. Belə ki, ABŞ-ın “JPMorgan” bankı 3-cü yerdən 2-ci yerə, “Berkshire Hathaway” sərmayə şirkəti 4-cü yerdən 3-cü yerə, “Apple” şirkəti 9-cu yerdən 6-cı yerə qalxıb, Çin İnşaat Bankı CCB isə ikinci yerdən 4-cü yerədək geriləyib. Amerika Bankı (Bank of America), Çinin “Ping An” sığorta qrupu (Ping An İnsurance Group), Çin Kənd Təsərrüfatı Bankı (Agricultural Bank of China) 7-9-cu yerlərdə qərarlaşıb.

Həmçinin reytinqə daxil olan 2 min şirkətin məcmu dəyəri ötən ilkinə nisbətən 47 faiz artaraq 79,8 trilyon dollara çatsa da, məcmu gəlirləri 6 faiz azalaraq 39,8 trilyon dollaradək, məcmu mənfəəti də 24 faiz azalaraq 2,5 trilyon dollaradək geriləyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kreml Donbasın Rusiyaya ehtimal olunan ilhaqı barədə xəbərlərə cavab verib

SONRAKI XƏBƏR

Şuşada “Xarıbülbül” musiqi festivalı başa çatdı - YENİLƏNİB + VİDEO