Azərbaycanda dərmanlar niyə bahadır?

Azərbaycanda dərmanlar niyə bahadır?<span class="qirmizi"></span>

 

Azərbaycanda hələ də apteklərdə satılan dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə dəfəlkərtlə bahadır. Hətta bir sıra hallarda bu bahalıq 5-6, bəzən hətta 10 dəfəyə qədərdir.

Ölkəmizdə 75 manata satılan “Qalusmet” dərmanı qonşu ölkələrdə 25,51 manata, 193 manata olan “Zoladeks” 58 manata təklif olunur.

Tarif Şurasının qərarına əsasən, idxal dərmanlarının Azərbaycanda satış qiyməti sahibkarın üzərinə düşən xərcdən cəmi 14-40 faiz civarında yüksək ola bilər.


Məsələ barədə Bizim.Media-ya danışan ekspert Cümşüd Nuriyev bildirir ki, idxal edilən dərmanların Azərbaycanda maya dəyərindən dəfələrlə baha satılması bu sahəyə nəzarətin zəifliyi ilə bağlıdır:

“Qubada Rusiya istehsalı olan dərmanlar Bakı ilə müqayisədə iki dəfə ucuzdur. Başqa bir tərəfdən, Bakıda satılan bahalı dərmanların 90 faizi saxtadır. Şəkərə qarşı qiyməti 68 manat olan “Yanument”dən istifadə edirəm. Amma onun Türkiyədən eynisini 15 manata gətizdirirəm, xeyrini də görürəm. Dərman alverçiləri əsasən Çindəki fabriklərlə əlaqə saxlayıb aldıqları dərmanın adını saxlamaqla tərkibindən bahalı maddələri çıxartdırıb, 10 manatlıq dərmanı iki manata alırlar”.

Həmsöhbətimizin fikrincə, nə qədər ki, prosesə deputat, general və oliqarxlar nəzarət edəcək, dərman preparatları ilə bağlı vəziyyət düzəlməyəcək.

“Bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var. Artıq səhiyyə sistemində də köklü islahatlar aparmaq lazımdır. Eyni zamanda ölkənin də dərman istehsalı ilə bağlı imkanları dəyərləndirilməlidir”.

Rüfət Sultan, Bizim.Media

Mənbə: bizim.media