ABŞ-da neft ehtiyatları gözlənilmədən artdı – Bazarda qiymətlər ucuzlaşır

ABŞ-da neft ehtiyatları gözlənilmədən artdı – Bazarda qiymətlər ucuzlaşır

Ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 3,16 milyon barel artaraq 448,21 milyon barrelə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi yayıb.

Məlumatdan aydın olur ki, həftə ərzində benzin ehtiyatları 1,3 milyon barel artaraq 232,07 milyon barel təşkil edib.

Kommersiya distillat ehtiyatları 1,18 milyon barel azalaraq 117,34 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1 milyon barrel, benzin ehtiyatlarının 1,7 milyon barrel azalacağını, distillat ehtiyatlarının isə 1 milyon barrel artacağını gözləyirdilər.

ABŞ-da ehtiyatların artdığına dair məlumat neft bazarında qiymətlərin 1 dollara qədər ucuzlaşmasına səbəb olub.

Mənbə: musavat.com