Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib - Fotolar

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib - Fotolar

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz biznes forumun açılışında iştirak ediblər.

Əli Əsədov və Cevdet Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

Biznes forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.


Mənbə: qafqazinfo.az