Göyçayda sabah qaz olmayacaq

Göyçayda sabah qaz olmayacaq

Göyçayda təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə Aran bürosuna Göyçay rayon icra hakimiyyətindən bildirilib.

Məlumatda deyilir ki, 28 mart 2024-cü il tarixdə saat 09:00-dan etibarən Göyçay şəhərində və rayonun Bığır, Qarabaqqal, Hacalıkənd, Çayarxı, Potu, Ulaşlı Şıxlı, Kürd, Cəyirli, Türkmən, Kürdəmiş, Qubadlı Şıxlı, Qızılağac, Mollahacılı, Şəkili, Məlikkənd, Şıxbəy, Şıxəmir, Yalman, Qaraman, Şəkər, Qaraxıdır, Mırtı, Alıkənd, Bəydövül, Çaxırlı, Ləkçılpaq, Kürdşaban kəndlərində qazın verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, qaz xətlərində yaranan fasilə xəttlərdə aparılcaq təmir-bərpa işləri ilə bağlı bağlıdır.

Fasilə təmir-bərpa işləri başa çatanadək davam edəcək.

Mənbə: bizim.media