Qarabağda daha 4 uşaq bağçası TİKİLİR – RƏSMİ

Qarabağda daha 4 uşaq bağçası TİKİLİR –

Azad edilən ərazilərdə 2 bağça fəaliyyət göstərir. 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib. 

O qeyd edib ki, sözügedən  bağçalarda 30 uşaq təhsil alır. 4 bağçanın tikintisi davam edir.

“Həmin ərazilərdə 5 məktəb fəaliyyət göstərir, 13 məktəbin isə tikintisi davam edir. 2 məktəbin tikintisi yekunlaşıb, 6 məktəbin təmir-tikintisinə başlanılacaq”,- deyə E.Bağırov bildirib.

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova

Mənbə: bizim.media