Türkiyə təkzib etdi: Rusiya vətəndaşlarına...

Türkiyə təkzib etdi: Rusiya vətəndaşlarına...

Türkiyənin dövlət bankı “Ziraat” Rusiya vətəndaşlarına hesabların açılmasına qadağa qoyulması ilə bağlı daha əvvəl yayılan xəbərləri təkzib edib.

Publika.az xəbər verir ki, bu barədə bankın Ankaradakı filiallarından birindəki aparıcı nümayəndəsi “RİA Novosti”-yə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, kredit təşkilatı ruslara hesab açmaqdan imtina etmir, sadəcə prosesə ciddi nəzarət edir. “Bu, dəqiq məlumatın (ad, soyad, ata adı), Türkiyə Respublikası ərazisində işləmək hüququ və ya tələbə vizası və təbii ki, yaşayış olması deməkdir”, - deyə “Ziraat” nümayəndəsi bildirib.

O, həmçinin əlavə edib ki, əksər hallarda müştəridən əmanət tələb olunmur.

Tural

Mənbə: publika.az