Ötən il Taleh Kazımov və müavinlərinə bu qədər ödəniş edilib

Ötən il Taleh Kazımov və müavinlərinə bu qədər ödəniş edilib

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, müavinləri və baş direktorlarına ümumilikdə 2 milyon 337 min manat həcmində ödəniş edilib.

“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla da 2022-ci ilə nisbətən Mərkəzi Bank rəhbərliyinə ödənişlər 8,4% və ya 215 min manat azalıb.

Belə ki, 2022-ci ildə AMB rəhbərliyi 2 milyon 552 min manat qazanmışdı.

Mərkəzi Bank rəhbərliyinə ödənişlərin 1 milyon 930 min manatı sırf əməkhaqqı, 407 min manatı isə sosial fondlara ayırmalarla bağlı olub. 2022-ci ilə nisbətən Taleh Kazımov və komandasının əməkhaqqı 6,4%, sosial ödəmələri isə 16,7% azalıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur.

Baş direktorlar Akşin Vəliyev, Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov, Gülər Paşayeva, Şahin Mahmudzadə, Rəşad Məmmədov və Rəna Məlikovadır. Sonuncu 3 baş direktor 2024-cü ildə təyin edilib. Abdulla Məlik-Aslanov və Vüqar Əliyev isə Mərkəzi Bankın sədrinin müşavirləridir.

Mənbə: qafqazinfo.az