"Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 2024-cü il fevralın 15-dən bəri ilk dəfə olaraq bir barel üçün 81 dollardan aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,96% azalaraq 80,95 dollar/barel təşkil edib.
Eyni zamanda, "WTI" markalı xam neftin iyul çatdırılması üzrə fyuçersləri 0,7 faiz ucuzlaşaraq bir barel üçün 76,6 dollar olub.
Mənbə: publika.az