İki gündə Bakı avtovağzalından 20,6 mindən çox sərnişin daşınıb

İki gündə Bakı avtovağzalından 20,6 mindən çox sərnişin daşınıb

Gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 20 min 623 sərnişin mənzil başına çatdırılıb.

İki gündə 634 reys həyata keçirilib.

Bildirilib ki, bayramlarla əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir. Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Qeyd edək ki, hazırda “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür.

Mənbə: musavat.com