Yumurta ucuzlaşdı

Yumurta ucuzlaşdı

İlin əvvəlindən Rusiyada toyuq yumurtası nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

2024-cü ilin yanvar-may aylarında yumurta qiymətləri 12,4 faiz ucuzlaşıb. Mütəxəssislər yanvar və aprel aylarında dövlət satınalmalarında bir toyuq yumurtasının orta qiymətini təhlil ediblər. Məlum olub ki, müvafiq olaraq qiymətlər 12,8 (24 qəpik) və 11,9 rubl (22 qəpik) təşkil edib.

Tender planının baş direktoru Maksim Kuznetsov bildirib ki, ölkədə yumurtanın qiymətinin qalxması ilə bağlı problemin həlli üçün bir sıra tədbirlər görülüb və yəqin ki, onlar ilk nəticələrini verməyə başlayıb.

Adəm

Mənbə: publika.az