Müavinət və təqaüd alanların sayı AÇIQLANDI

Müavinət və təqaüd alanların sayı

2024-cü ilin aprel ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, onların 449 min nəfərdən çoxu aylıq sosial müavinət, 395 min nəfərdən çoxu isə təqaüd alanlar təşkil edib.

Mənbə: bizim.media