Azərbaycan qazı Ukrayna üzərindən ötürüləcək - MÜMKÜNMÜ?

Azərbaycan qazı Ukrayna üzərindən ötürüləcək - MÜMKÜNMÜ?

Avropa İttifaqı 2025-ci ildə Azərbaycan qazının Ukrayna ərazisindən tranziti imkanlarını nəzərdən keçirir.

Bloomberg mötəbər mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Ukrayna tərəfi ilə danışıqlar aparır.

Onların sözlərinə görə, hazırda tranzitin davam etdirilməsi üçün müzakirə olunan variantlardan biri Azərbaycandan qazın alınması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir. "Bu, Aİ-nin enerji resurslarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qazın alınmasını istisna edir", deyə, agentlik dəqiqləşdirir. Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunu Ukrayna iqtisadiyyatını ayaqda saxlayan amillərdən biri hesab etməsi ilə bağlıdır.

Lakin bu ideyanın mümkün olub - olmayacağı indiki anda bəlli deyil.

Mənbə: musavat.com