“35% müəllim 1000 manatdan çox əməkhaqqı alacaq”

“35% müəllim 1000 manatdan çox əməkhaqqı alacaq”

“Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

“Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”, - nazir deyib.

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 52-dir. MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.

Əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Belə ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur. Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib”, - E.Əmrullayev qeyd edib.

Mənbə: qafqazinfo.az