Paytaxtın dörd rayonunda qaz təchizatı dayandırılacaq

Paytaxtın dörd rayonunda qaz təchizatı dayandırılacaq

Paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonlarında yerləşən qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 11.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz”dan “APA-Economics”ə məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.

Mənbə: apa.az