Bakının mərkəzində tıxac problemi HƏLL EDİLİR

Bakının mərkəzində tıxac problemi HƏLL EDİLİR

Daha bir ərazidə yol hərəkəti yenidən təşkil olunur.

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı təşkil olunacaq. Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır.

Sürücülərin sözlərinə görə, ediləcək dəyişiklik geri, mərkəzə gedən sürücülərin işini asanlaşdıracaq.

Ərazidə quraşdırılacaq işıqforların qarşısında vətəndaşların sərbəst hərəkətini təmin etmək üçün piyada zolaqları da salınacaq.

Mənbə: bizim.media