Böyük Britaniya iqtisadiyyatı durğunluğa girmədi

Böyük Britaniya iqtisadiyyatı durğunluğa girmədi

Böyük Britaniya iqtisadiyyatı, 31 Oktyabrda təxirə salınan Brexit tarixi əvvəlində durğunluğa girməkdən xilas olub və bu vəziyyət Baş nazir Boris Johnsona erkən seçki əvvəli dəstək təmin edib.

"Marja" xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatı üçüncü rübdə 0.3% artıb və ardıcıl iki rüb azalma baş verməyib. Əgər 2-ci rübdə olduğu kimi, 3-cü rübdə də iqtisadiyyat azalsaydı ölkə texniki durğunluğa girəcəkdi.

İqtisadçılar iqtisadiyyatın iyul-sentyabr dövründə 0.4% artacağını gözləyirdilər.

Johnson 12 dekabrda keçiriləcək erkən seçkidə, öz Brexit planını qəbul etdirmək üçün Parlamentdə Mühafizəkar çoxluğu təmin etməlidir.

Əgər Johnson seçkiləri qazansa, İngiltərə yenilənən Brexit tarixi olan 31 Yanvarda Avropa Birliyindən (AB) çıxa biləcək. Uduzması vəziyyətində isə, Brexit daha da təxirə salına və beləliklə iqtisadiyyat üzərindəki qeyri-müəyyənlik davam edə bilər.

Mənbə: marja.az