Bakının əsas yollarından birində endirilən sürət həddi bərpa edildi

Bakının əsas yollarından birində endirilən sürət həddi bərpa edildi

Küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Oxu.Az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bütün məlumat sürət tablolarından "güclü külək" işarəsi də götürülüb.

Qeyd edək ki, iyulun 26-da müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdir.

Mənbə: oxu.az