Bu ilin yanvar ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 20 ölkəsinə 1,8 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib.
"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib: "ASC-nin 2020-ci ilin yanvar ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir".
Mənbə: apa.az