Koronavirus böhranı dünya boyu insanların yoxsullaşmasına səbəb ola bilər

Koronavirus böhranı dünya boyu insanların yoxsullaşmasına səbəb ola bilər

Oxfam bildirir ki, 83 000-dən çox insanın ölümünə və dünya iqtisadiyyatında xaosa səbəb olan koronavirusun yayılması dünya boyu yarım milyard insanın yoxsullaşmasına səbəb ola bilər.

Nayrobidə fəaliyyət göstərən xeyriyyəçilər gələn həftə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısından əvvəl yaydığı hesabatda böhranın ev gəlirləri və ya istehlakının azalması səbəbiylə qlobal yoxsulluğa təsirini hesablayıb.

Hesabatda bildirilir ki, "Sürətlə davam edən iqtisadi böhran 2008-ci il dünya maliyyə böhranı ilə müqayisədə daha dərindir".

Eləcə də "Hesablamalar göstərir ki, ssenaridən asılı olmayaraq, 1990-cı ildən bəri qlobal yoxsulluq ilk dəfə arta bilər".

Hesabat müəllifləri Dünya Bankının müxtəlif yoxsulluq hədlərini nəzərə alaraq gündə 1,90 dollarla yaşamağa məcbur olanları həddindən artıq yoxsul, gündə 5,50 dollarla yaşayanları isə yoxsul olaraq dəyərləndirərək böhranla bağlı fərqli proqnozlar verib.

Ən ciddi ssenariyə əsasən gəlirlərin 20% azalması həddindən artıq yoxsulluq şəraitində yaşayan insanlarının sayını artıraraq dünya üzrə təxminən 1,2 milyarda çatmasına səbəb olacaq. Və eyni ssenari gündə 5,50 dollardan aşağı pulla yaşayan insanların sayının isə dünya boyu 4 milyarda çatmasına səbəb ola bilər.

Qadınlar kişilərə nisbətən daha çox risk altındadır, çünki qeyri-rəsmi iqtisadiyyatda qadınların iş hüququ az və ya ümumiyytlə yoxdur.

Digər tərəfdən Dünya Bankı keçən həftə Şərqi Asiya və Sakit Okean bölgəsindəki həyat şəraitinin pisləşəcəyi təqdirdə yoxsul insanların sayının 11 milyon artacağını bildirb.

Hesabat bildirir ki, "Zəngin ölkələr böhran yaşadığı dövrdə onlar öz iqtisadiyyatlarını dəstəkləmək üçün trilyonlarla dollar səfərbər edə bildiyi görünür". "Lakin inkişaf etməkdə olan ölkələrin sağlamlıq və iqtisadi təsirlərə qarşı mübarizə edə bilməyəcəyi təqdirdə böhran davam edəcək və bütün ölkələrə, varlılara da, yoxsullara da daha böyük zərbə vuracaq".

Zərbəni azaltmaq üçün Oxfam ehtiyacı olan insanlara və müəssisələrə nağd qrantlar və güzəştlər təqdim edəcək altı nöqtəli fəaliyyət planı təklif edib. Həmçinin borcun ləğv edilməsini və Beynəlxalq Valyuta Fondunun dəstək və yardımın daha da artırılmasını tələb edib.

Oxfam əlavə edib ki, sərvət, fövqəladə mənfəət və spekulyativ maliyyə məhsullarına vergi qoymaq lazım olan vəsaiti artırmağa kömək edəcək.

Mənbə: www.amerikaninsesi.org