UNEC-də elmi konfrans: Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya

UNEC-də elmi konfrans: Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya

 

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” mövzusunda onlayn respublika elmi-praktiki konfransı keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransa məqalə qəbulu bu gün başa çatır.

Konfrans “İqtisadiyyat və idarəetmə”, “Dünya iqtisadiyyatında yeni çağırışlar”, “Mövcud şərtlər daxilində maliyyə məsələləri”, “Bilik iqtisadiyyatı”, “Fənlərarası inteqrasiya: nəticələr, perspektivlər”, “Ümumi fənlər kontekstində iqtisadiyyat fənlərinin əlaqəsi” bölmələri üzrə təşkil olunacaq.

AZERTAG.AZ :UNEC-də elmi konfrans: Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya

Mənbə: azertag.az