SOCAR bu ilin II rübündə qazma işlərinin həcmini azaldıb

SOCAR bu ilin II rübündə qazma işlərinin həcmini azaldıb

Bu ilin II rübündə SOCAR-ın qazma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 15 min metrdən artıq olub.

SOCAR-dan Qazet.az-a verilən məlumata görə, bu azalma COVID-19 pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və “OPEC+” razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır. Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılıb.

Mənbə: qazet.az