Böyük təhlükə: Liviya Beyrut kimi ola bilər...

Böyük təhlükə: Liviya Beyrut kimi ola bilər...

Beyrutdakı partlayışın eynisi Liviyanın neft limanlarında yaşana bilər.

Axar.az xəbər verir ki, bunu Liviya Milli Neft Təşkilatının baş direktoru Mustafa Sanallah deyib.

“Benqazi və Sirtin arasında yerləşən Breqa limanında 25 min ton ammonium qazı mövcuddur. Zəhərli olan bu qazın sızması ölümlə nəticələnə bilər. Bundan əlavə, bu qaz yanğına məruz qalarsa, böyük bir partlayış baş verəcək. Minlərlə Liviya vətəndaşlarının həyatı təhlükədədir. Neft qurğularının ətrafındakı bufer zonalar silahsızlaşdırılmalı və muzdlu əsgərlər təcili olaraq limanlardan çıxmalıdır”, - M.Sanallah bildirib.

Mənbə: axar.az