İrandan Venesuelaya yanacaq aparan 4 tankerin ələ keçirildiyi iddia olundu

İrandan Venesuelaya yanacaq aparan 4 tankerin ələ keçirildiyi iddia olundu

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın İrandan Venesuelaya yanacaq aparan dörd tankerin yüklərini müsadirə etdiyi bildirilib.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, “Bella”, “Bering”, “Pandi” və “Luna” tankerlərin İrandan Venesuelaya gedirmiş.

ABŞ rəsmisi Prezident Donald Tramp administrasiyasının ilk dəfə İrandan yanacaq daşıyacağı deyilən gəmiləri ələ keçirdiyini iddia edib. Tankerlərin ələ keçirilməsi Vaşinqtonun Tehrana qarşı maksimum təzyiq kampaniyasının bir hissəsidir.

"The Wall Street Journal" son günlər dənizdə saxlanılan "Luna", "Pandi", "Bering" və "Bella" neft tankerlərinin dördünün indi Hyustona getdiyini bildirib.

Adı açıqlanmayan ABŞ rəsmisi gəmilərin güc tətbiq etmədən ələ keçirildiyini qeyd edib.

Bu arada İranın Venesueladakı səfiri Höcətuulah Sultani "Wall Street Journal"ın dörd İran neft tankerinin ələ keçirildiyi iddiasına cavab olaraq "Tvitter"də yazıb:

"ABŞ imperialist təbliğat maşınının başqa bir yalanı və başqa bir psixoloji müharibəsidir. Gəmilər İranın deyil və sahibi və ya bayrağının İranla əlaqəsi yoxdur. Terrorçu Tramp yalan təbliğatla İranın böyük millətinə qarşı etdiyi alçaqlığı və məğlubiyyətini əvəz edə bilməz".

Mənbə: eastnews.org