Çörəyin qiyməti nə qədər artacaq? - Açıqlama

Çörəyin qiyməti nə qədər artacaq? - Açıqlama

“50 kq-lıq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıbsa, bu hər 1 kq unun təxminən 4 qəpik artması deməkdır. Bu zaman 500 qramlıq hər çörəyə 2 qəpik artım payı düşür”.

Bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

“50 kq-lıq unun 2,3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar.

Amma bir məsələ var ki, çörək istehsalçıları çörəyin qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də, hər çörəkdə 2 qəpik itirməmək üçün, çörəyin çəkisini 20 qram azalda bilərlər. Ona görə ki, hazırkı qiymətlərlə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər 20 qram kəsmək sevdasına düşə bilər.

Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin həcmini, torpağın keyfiyyətini, taxıl əkin sahələrinin həcmini və yetişdirilə bilən buğdanın keyfiyyət göstəricilərini, eləcə də artan əhali sayını nəzərə alsaq, deyə bilərik ki, biz demək olar ki, hər zaman ərzaqlıq buğdanın böyük hissəsini hansısa ölkədən idxal edəcəyik. Bu isə unun qiymətində bu cür artıb-azalmaları qaçılmaz edəcəkdir. Ona görə də çörəyin qiyməti dövlət tərəfindən müxtəlif alətlərin köməyi ilə tənzimlənir” - iqtisadçı qedy edib.

Mənbə: yenisabah.az