Azərbaycandan xarici ölkələrə daşıma qiymətləri - ARAŞDIRMA

Azərbaycandan xarici ölkələrə daşıma qiymətləri - ARAŞDIRMA

Hər gün planetimizdə minlərlə insan qonşu bir şəhərə və ya başqa bir ölkəyə vacib və təcili bir şeyi köçürmək ehtiyacı ilə qarşılaşır.

Bütün bu göndərişlər müxtəlif daşıma şirkətləri vasitəsi ilə həyata keçirilir.

Metbuat.az Azərbaycandan xaricə poçt və beynəlxaq daşıma ilə məşğul olan şirkətlər və onların göstərdiyi xidmətlər barədə məlumat verəcək.

“Azərpoçt” MMC beynəlxalq poçt bağlamalarına dair beynəlxalq müştəri xidmətləri (İnternetlə elektron sorğu) sistemi vasitəsilə hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir. Beynəlxalq sifarişli poçt göndərişləri ilə bağlı dünyanın 126 ölkəsinin poçt operatoru ilə birgə əməliyyatlar edir. Beynəlxalq daşımalarda çəki həddi ölkəyə əsasən 20-30 kq arasında dəyişilir.

Sadə bağlamalar çəkisi 2 kq-dan 5kq-a qədər daşıma xərci birinci zonaya daxil olan ölkələr üzrə yer üstü 18 manatdan 33 manata qədər, avia daşıma 27 manatdan 50 manata qədər, ikinci zona üzrə yer üstü 24 manatdan 44 manata qədər avia daşımalarda isə 34 manatdan 62 manata qədərdir.

1-ci zonaya aid edilən ölkələr – MDB və Baltikyanı ölkələri, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Pakistan İslam Respublikası 2-ci zonaya aid edilən ölkələr – digər ölkələrdir.

Tariflər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmaqla hesablanmışdır.

Əgər bağlama çox qiymətlidirsə və ya çox sayda mal varsa, o zaman DHL, FedEX, TNT və ya UPS göndərdikdə onun xarab olma və ya açılma və oğurlanmış bir şey olma ehtimalı azdır.

EMS (Express Mail Service) – poçt göndərişlərinin ekspress-çatdırma xidmətidir. Azərekspresspoçt beynəlxalq EMS şəbəkəsi ölkələrini 6 qiymət zonasına bölmüşdür. 204 ölkəyə bağlama və poçt xidmətinin çatdırılmasını təşkil edən EMS şəbəkəsi təqribən zonalar üzrə 4-7 gün müddətində çatdırılmanı həyata keçirir.

Mal tərkibli EMS göndərişinin çatdırma müddətinə gömrük rəsmiləşdirilməsi aparılması səbəbinə görə daha 1 gün əlavə etmək lazımdır.

Avropa ölkələri 4-cü, Asiya ölkələri 5-ci, bütün başqa ölkələr isə 6-cı zonaya aid edilir. Həmin ölkələr üçün təxmini çatdırma müddətləri müvafiq olaraq 3 – 6, 4 – 7 və 5 – 8 gün müəyyənləşdirilmişdir.

1) Avropa ölkələri üzrə çəkisi 0.5kq məhsulların çatdırılma tarifi 28 dollardır.

2) Asiya ölkələri üzrə çəkisi 0.5kq məhsulların çatdırılma tarifi 31 dollar təşkil edir.

Aşağıdakı cədvəldə göndərişin brutto çəkisinə uyğun zonalar üzrə qiymətlər göstərilmişdir. Qiymətlər ƏDV daxil olmaqla USD ilə verilmişdir.

DHL poçt və yüklərin beynəlxalq kuryer çatdırılması üçün Alman şirkətidir. Dünyanın aparıcı logistika şirkətlərindən biridir. Dünyanın 210-dan çox ölkəsində poçt göndərişləri və bağlamalar çatdırılması ilə məşğuldur.

25 il Azərbaycanda fəaliyyət göstərən DHL expressdən Metbuat.az-a verilən məlumata görə Azərbaycandan Amerikaya təqribən 3kq-a qədər olan bağlamanın çatdırılma xidməti ƏDV daxil 212 avro təşkil edir.

Aşağıdakı qrafikdə zonalar üzrə DHL poçtu vasitəsi ilə dünyanın bir çox ölkəsinə çəki fərqi ilə bağlamaların tarif cədvəli göstərilib.

Tariflər Avro ilə, yanacaq əlavəsi və ƏDV istisna olmaqla göstərilmişdir.

Müqayisədən də göründüyü kimi, Azərbaycandan dünyanın müxtəlif ölkələrinə istər hava istərsə də yerüstü daşımalarda qiymətlər fərqlidir.

Mövzu ilə bağlı Metbuat.az-a özəl müsahibə verən iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, bu xidmətlər ümumilikdə Azərbaycan Respublilası Nəqliyat Rabitə və Yüksəksək texnologiyalar Nazirliyinin ,xidmət tarifləri isə Azərbaycan Respublikası Nazirləri Kabinetinin tabeçiliyindədir.

“Daşınma xidmətləri əsasən bir neçə istiqamətdə həyata keçirilir:

Sərnişin daşıma xidmətləri(hava nəqliyatı,avtomobil və dəmir yolu),yük daşıma (poçt,dəmir yolu,hava nəqliyatı,boru) vasitəsi ilədir. Hava nəqliyyatında daşımaları digər ölkələrlə müqayisə etsək bahadır onun üçün də sərnişin daşımada vətəndaşlar əsasən xarici ölkələrin daşıma xidmətlərinə üz tuturlar.Başlıca səbəb olaraq göstərə bilərik ki Azərbaycan da çıxan neft təyyarə üçün deyil biz bunu xaricdən təmin edirik.

Digər daşınma vasitəsi dəmir yoluna gəldikdə isə bu xidmət Azərbaycan Dəmir yollari QSC nəzarətindədir.

Dəmir yolları ilə daşınma tariflərinə baxsaq bu MDB dövlətləri ilə müqayisədə baha deyil. Beynəlxalq yükdaşımalarda başqa sözlə desək idxal,ixrac və tranzit daşımaları üzrə 1993 cü ildən etibarən mütəmadi olaraq ildə 2 dəfə MDB dövlətlərinin müvafiq qurumları ilə görüş keçirilir və bu görüşə əsasən ortaq tarif təyin edilir.

Eyni məsafə və eyni rejimdə daşınan yüklər MDB dövlətləri ilə ölkəmizdə eynidir.

Lakin qeyd edim ki, bu beynəlxalq daşımalarda aiddir. Ölkə daxilində isə Nazirlər Kabinəti Tarif Şurasının və Nəqliyyat Rabitə və Yüksək texnologiyalar nazirliyinin qərarına əsasən müəyyənləşdirilir.’’

Gülbəniz Hüseynli / Metbuat.az

Mənbə: metbuat.az