Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 49 780 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bunun 87%-i və yaxud 43 288,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 491,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 120,4 milyon ABŞ dolları və yaxud 0,2% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 65,3 milyon ABŞ dolları və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 55,1 milyon ABŞ dolları və yaxud 0,8% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 221,25 milyon ABŞ dolları və yaxud 2,5% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 764,2 milyon ABŞ dolları və yaxud 1,8%, AMB-nin valyuta ehtiyatları isə 457,3 milyon ABŞ dolları və yaxud 7,6% artım nümayiş etdirib. (Report)
ARDNF-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.10.2020
43 288,6
6 491,4
49 780,0
01.07.2020
43 223,3
6 436,3
49 659,6
01.04.2020
41 349,5
6 393,8
47 743,3
01.01.2020
43 323,3
6 258,0
49 581,3
01.10.2019
42 524,4
6 034,1
48 558,5
Mənbə: fed.az