Gələn il dünyada aclıq hökm sürəcək - Mütəxəssisdən ŞOK İDDİA

Gələn il dünyada aclıq hökm sürəcək  - Mütəxəssisdən ŞOK İDDİA

Yeni növ koronavirus epidemiyası səbəbindən 2020-ci ildə bir çox ölkə vətəndaşlarının qida təhlükəsizliyini təmin etmək üçün daha çox qoruyucu tədbirlərə əl atıb.

Redaktor.az xəbər verir ki, Rusiya kimi iri buğda istehsalçıları ixracata məhdudiyyət və ya qadağalar tətbiq ediblər. Çin, Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələr də buğda ehtiyatlarını artırırlar.

Koronavirus iqtisadi və sosial həyata, iqlim dəyişikliyi və quraqlıq da dünya miqyasında kənd təsərrüfatına mənfi təsir edir.

Dünya Qida Proqramının (WFP) direktoru Devid Bizli açıqlamasında 2021-ci ildə aclıq olacağını iddia edib. COVID-19 epidemiyasının qida təhlükəsizliyi üzərində dağıdıcı təsirləri olduğuna diqqət çəkən Bizli, qida problemi ilə qarşılaşan insanların sayının artacağını deyib.

Xədicə Ağa / Redaktor.az

 

Mənbə: redaktor.az