Bu il təbii qaza olan qlobal tələbat 2019-cu ilin səviyyəsinə çatmaqla 2.8 % və ya təxminən 110 mlrd. kubmetr artacaq.
Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) baş analitiki Jan-Batist Dübröy deyib.
Məlumata görə, ötən il qaza olan qlobal tələbat rekord 100 mlrd. kubmetr azalıb. Səbəb kimi ilin əvvəlində havaların isti keçməsi və koronavirus pandemiyası göstərilir. //APA
Mənbə: redaktor.az