Nəyə görə uçuş zamanı yatmaq məsləhət görülümür

Nəyə görə uçuş zamanı yatmaq məsləhət görülümür

Uçuş zamanı ən təhlükəli nədir? Təyyarənin terrorçuların əlinə keçməsi? Onun qəzaya uğraması ehtimalı? Və ya başqa şey?

Harvardın Tibb Məktəbinin alimləri tərəfindən aparılan tədqiqatların nəticələrinə əsasən, uçuş zamanı ən təhlükəli şey - yuxuya getməkdir.

Əgər təyyarə qalxarkən və ya enərkən qulaqların tutulursa, bu riskdir. Qulağın daxilində və xaricində təzyiqin fərqli olması səbəbindən xoşagəlməz hiss yaranır. Bunun qarşısını alçaq üçün qulaqda olan nazik kanalı (Yevstaxi borusu) açmaq lazımdır. Bunun üçün əsnəmək və ya udqunmaq gərəkdir.

Amma sən təyyarədə yatsan, bu kanalın tamamilə bağlanması təhlükəsi yaranır. Bu qısa müddətlik olsa barotravma ilə qurtula bilərsən. Lakin uzun müddətlik yatsan bu qulaq pərdəsinin arxasında maye oluşduran iltihablaşmaya yol açacaq. Bunun fəsadları isə ciddidir - dəhşətli ağrılar və eşitməklə bağlı problem.

Bir sözlə, siz sadəcə təyyarə qalxarkən və enərkən yatmamalısınız. Uçuş zamanı isə bu problem deyil. Əsas odur ki, yanında səni oyada biləcək insan olsun.

Mənbə: news.day.az