Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2021-ci ildə Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən il Rusiyaya 877,7 milyon dollar, Türkiyəyə 675,8 milyon ABŞ dolları, İsveçrəyə 224,1 milyon dollar, Gürcüstana 157,4 milyon dollar, ABŞ-a isə 74,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

 

Mənbə: azertag.az