"Hər bir ailə üzvü məsuliyyətli olmalıdır, bir-birinə nəzarət etməlidir" - Komitə sədri

"Hər bir ailə üzvü məsuliyyətli olmalıdır, bir-birinə nəzarət etməlidir" - Komitə sədri

"Koronavirusla bağlı dövlətin apardığı və cənab Prezidentin gördüyü işlər hamıya məlumdur".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri Sadiq Qurbanov bildirib.

Komitə sədri qeyd edib ki, televiziya, radio, KİV-də ölkə ziyalıları, xüsusən həkimlər tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır. Nazirlər
Kabineti yanında Operativ Qərargah fasıləsiz çalışır. Sosial məsuluyyəti artırmaq üçün hər cür çağrışlar edilir. Qanunvericilikdə bununla bağlı sərt tədbirlər görülür(cərimələr,v. s.). Sadəcə bu prosesə hər bir vətəndaş,I nsan qoşulmalıdır. Hər bir ailə üzvü məsuliyyətli olmalıdır, bir-birinə nəzarət etməlidir. Daha nə etmək olar?".

Mənbə: sonxeber.az