Əhalinin alıcılıq qabiliyyəti kəskin azalarsa nə baş verəcək? - TƏHLİL

Əhalinin alıcılıq qabiliyyəti kəskin azalarsa nə baş verəcək? - TƏHLİL

Xüsusi rejimli karantin tədbirləri ilə əlaqədar olaraq bir çox işyerləri bağlanıb, günəmuzd və qeyri-rəsmi əmək haqqı qarşılığında çalışanyüzminlərlə insan işsiz qalıb. İş yerlərinin bağlanması adi çalışanlarla bərabərsahibkarların, biznes fəaliyyəti ilə məşğul olan şəxslərin də iqtisadi durumuna ciddi zərər vurub.

Düzdür, hazırda işləyənlərə və bizneslə məşğul olanlara dəyən zərərböyük deyil. Çünki xüsusi karantin rejimi yeni tətbiq edilib və ilk günlərdəbunun mənfi fəsadlarını güclü hiss etmirik. Amma karantin müddəti uzandıqcaişsizliyin iqtisadi sahədə yaradacağı ağır vəziyyəti hamılıqla hiss edəcəyik.

Bəs, işsizliyin artması, biznes fəaliyyətinin məhdudlaşması ölkəmizdəhansı arzuedilməz iqtisadi çətinlik törədə bilər?

İşsizliyin artması və biznes fəaliyətinin məhdudlaşmasıiqtisadiyyatda tələbi zəiflədəcək. Burada tələb dedikdə iqtisadiyyatın alıcılıqqabiliyyəti nəzərdə tutulur. Son günlər neftin dünya bazarında kəskinucuzlaşmasının səbəbi də tələbin azalması ilə bağlıdır. Tələb iqtisadiaktivliyi yaradan ən əsas amildir və onun zəifləməsini hökumətlərin heç biriarzulamır.

Alıcılıq qabiliyyətinin azalma səviyyəsindən asılı olaraqiqtisadiyyatlar böhrana da girə bilər. Ümumiyyətlə, iqtisadiyyatda böhranıyaradan əsas amillərdən biri məhz alıcılıq qabiliyyətidir və onun böyük fərqləazalması tənəzzülü qaçılmaz edir. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti 10faiz azalarsa, bu onunla nəticələnəcək ki, əhalinin xərcləri də 10 faiz azalacaq.Əhali bu halda qeyri-ərzaq mallarının və pullu xidmətlərin alışını ixtisar edəcək.Əgər alıcılıq qabiliyyəti daha çox, məsələn 15-20 faiz azalarsa, o halda əhalinəinki qeyri-ərzaq və pullu xidmətlərə, həm də ərzağa xərcləyəcəyi pulu azaltmağaməcbur olacaq.

Məcburiyyətdən xərclərin azalması ona gətirib çıxarır ki, ölkədəistehsal müəssisələri dayanır, yaxud çoxlu sayda iş yerləri ixtisar olunur, istehsalazalır, investisiya qoyuluşu zəifləyir, dövlətin gəlirləri azalır və böhran başverir.

Alıcılıq qabiliyyətinin azalmasının sadəcə mənfi iqtisadi nəticələriolmur. O, həm də ağır sosial problemlər yaradır, kriminogen vəziyyəti pisləşdirir.

Tələbin çox azalmasının qeyd edilən arzuedilməz iqtisadi və sosialproblemlərindən qaçmaq üçün və ya problemləri bir qədər yüngülləşdirmək məqsədiləhökumətlər əhaliyə, biznes sektoruna maddi dəstək mexanizmlərini tətbiq edir. Butəcrübədən bütün böhranlar dövründə istifadə olunub.

Buna görə də son günlərdə iqtisadçılar, elə hökümətin özü dəkarantindən əziyyət çəkən ailələrə, biznes sektoruna maddi dəstəyin göstərilməsiilə bağlı müzakirələr aparır. Aprel ayının ilk ongünlüyündə bəzi maddi dəstək tədbirlərininaçıqlanacağı bildirilir.

Dövlət çalışmalıdır ki, tələbin əsas hissəsi olan istehlak xərcləriçox azalmasın. Təcrübə göstərir ki, dövlət büdcəsinin gəlirləri və investisiyaqoyuluşu istehlak xərclərindən çox asılıdır. İstehlak xərcləri artdıqda dövlətingəliri və investisiya qoyuluşu artdığı kimi, azalanda da eyni proses baş verir.Buna görə də əgər istehlak xərcləri çox azalarsa, ölkəmizdə iqtisadi dövriyyəkiçiləcək və bundan hamı zərər görəcək.

İstehlakın əsas hissəsini pərakəndə ticarət (ərzaq və qeyri-ərzaqmalları) təşkil edir. Əhalinin alıcılıq qabiliyyətinin azalmasını ilk növbədəburada müşahidə etmək olur. 2020-ci ilin yanvar-fevral dövrünün nəticələrinə əsaslanaraqdemək olar ki, ölkəmizdə pərakəndə ticarətin artım imkanları zəifləyir. İlk 2ayda pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,1 faiz artaraq 5,85milyard manat olub.

Pərakəndə ticarətin artım sürəti ötən il 3,6 faiz idi. Bu ilinyanvarında artım sürəti 3,6 faizə, yanvar-fevralda 3,1 faizə düşüb. Eynilə ərzağaxərclənən vəsaitdə artım sürəti ötən il 3,2 faiz olduğu halda yanvarda 2,7 faiz,yanvar-fevralda 2,6 faiz təşkil edib. Mart ayında xərclərin kəskin azalmasıfonunda pərakəndə ticarətin bir qədər də zəifləməsi gözlənilir.

İstehlak xərclərinin digər hissəsi olan pullu xidmətlərdə artım sürətininzəifləməsi də gözlənilir. Yanvar-fevralda ictimai iaşə xidmətlərinin həcmi 8,9faiz artaraq 223 milyon manat olub. Digər pullu xidmətlər isə 5 faiz artaraq1,42 milyard manat təşkil edib. Martda pullu xidmətlərdə də artımın nəzərəçarpacaqdərəcədə azalması müşahidə olunacaq.

Belə bir çətin dövrdə dövlət əhalinin alıcılıq qabiliyyətininazalmaması üçün ona müvafiq dəstək verməlidir. Bunun üçün bir göstərici kimi həmdə əhalinin istehlak xərcləri götürülə bilər. 2020-ci ilin yanvar-fevral dövründəəhali orta hesabla hər ay 141 manat ərzağa, 138 manat qeyri-ərzağa, 134 manatödənişli xidmətlərə pul xərcləyib. Adambaşına aylıq xərc 413 manatdan çox olub.Karantin dövründə alıcılıq qabiliyyətinin azalması qaçınılmazdır. Buna görə dəhansı addımların atılmasından asılı olmayaraq aylıq xərclər azalacaq. Lakinazalmanın daha çox olmaması üçün dövlətin dəstəyə ehtiyac olan ailələri müəyyənləşdiribonlara kömək etməsi vacibdir. Əks təqdirdə 2016-cı ildən sonra yenidən iqtisadiböhran, geriləmə qaçınılmaz olacaq.

Vasif

Sfera.az

Mənbə: sfera.az