Bank sektoru və kreditlərlə bağlı epidemiyadan sonra da addımlar atılacaq

Bank sektoru və kreditlərlə bağlı epidemiyadan sonra da addımlar atılacaq

Bank sektoru və kreditlərlə bağlı dövlət tərəfindən atılan addımlar koronavirus epidemiyasından sonrakı mərhələdə də davam etdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev "Real intervyu"da danışıb:

“Burada koronavirus epidemiyasına qədər götürülən kreditlərin faizlərinin aşağı salınması, onların müəyyən hissəsinin dövlət tərəfindən dəstəklənməsi, həm də koronavirus epidemiyası dövründə və bundan sonrakı mərhələlərdə də sahibkarların, işəgötürənlərin, xüsusən özəl sektorun kredit götürdüyü hallarda müəyyən faizlərin aşağı salınması və müəyyən hissəsinin dövlət tərəfindən dəstəklənməsi dövlət tərəfindən atılan çox ciddi adımlardır. Bu da təkcə koronavirus dövründə deyil, post-koronavirus dövründə də Azərbaycan iqtisadiyyatının qorunmasına və qısa müddətdə iqtisadi artımın bərpa olunmasına yönələn addımlardır”.

Mənbə: qafqazinfo.az