Belarus Rusiyadan yanacağa görə endirim istədi

Belarus Rusiyadan yanacağa görə endirim istədi

Belarusun energetika naziri Viktor Karankeviç Rusiya qazının qiymətinin endirilməsi üçün məsələ qaldırıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, nazir bunu dünyada qazın qiymətinin aşağı düşməsi ilə izah edib və bu haqda "Qazprom"a müraciət edib.

Xatırladaq ki, aprel ayının əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko yanacağın həddindən artıq baha olduğunu bildirib. Belarus artıq Rusiya neftini ucuz qiymətə alır.

Aynurə Niyazqızı

Mənbə: lenta.ru

Mənbə: finans.az