Türkiyə limon ixracını dayandırdı

Türkiyə limon ixracını dayandırdı

Türkiyə Ticarət Nazirliyi artan şaxta hadisələrinin ardından limon ixracının dayandırılması barədə qərar qəbul edildiyini açıqlayıb.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Adana, Mersin və Hatayda şaxta limona mənfi təsir edib. Buna uyğun olaraq, daxili qiymət artımının qarşısını almaq üçün limon ixracının dayandırılmasına qərar verilib.

Açıqlamada, "8 aprel 2025-ci il tarixindən etibarən ölkəmizdən ixracın müvəqqəti dayandırılması ilə bağlı qərar verilib. Bazar şərtləri yaxından izləniləcək və lazım gələrsə əlavə tədbirlər görüləcək", - deyilir.

Qeyd edək ki, Azərbaycan da Türkiyədən limon idxal edir. (Marja)

Mənbə: fed.az