Prezident İlham Əliyevin tapşırığına əsasən, 2030-cu ilə qədər paytaxtda 10 yeni metro stansiyası tikiləcək, Yaşıl və Qırmızı xətlər bir-birindən ayrılacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov yeni layihə barədə məlumat verərkən deyib.
“Layihəyə əsasən, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə tunel və keçid inşa olunacaq. Bu, stansiyalardakı sərnişin sıxlığını azaldacaq və hərəkət qrafikini daha səmərəli edəcək.
Həmçinin “Dərnəgül”də Yaşıl xətt üçün yeni elektrik deposu, “Nizami” və “Cəfər Cabbarlı” yaxınlığında isə iki yarımstansiya tikiləcək. Qırmızı xətdə qatarlara daha sıx qrafiklə xidmət göstərmək üçün “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası inşa ediləcək.
Bu yeniliklər şəhərdə ictimai nəqliyyatın üstünlüyünü artıracaq, fərdi avtomobillərdən istifadənin azalmasına, mobilliyin və sərnişindaşıma imkanlarının genişlənməsinə səbəb olacaq”, - Əhmədov bildirib.
Mənbə: axar.az