Trampın qərarının şok təsiri - 10 dəqiqədə 4 trilyon dollar...

Trampın qərarının şok təsiri -

ABŞ Prezidenti Donald Trampın Çinə tətbiq olunan gömrük rüsumlarını 125 faizə qaldırması və digər ölkələrə tətbiq olunan rüsumları 90 gün müddətinə dayandırmasından sonra bazarlarda sıçrayış baş verib.

“Nasdaq” indeksi 10 faiz artıb və 2008-ci ildən bəri ən böyük sıçrayışa nail olub. Belə ki, ABŞ birjaları Trampın qərarından sonra 10 dəqiqə ərzində 4 trilyon dollar dəyərində qazanc əldə edib.

Trampın qərarları “Borsa İstanbul”a da təsirini göstərib. “BİST 100” indeksi axşam seansında pik həddə çatıb.

Mənbə: axar.az