Mallar su altında qaldı, ziyan ödəniləcək? - Video

Mallar su altında qaldı, ziyan ödəniləcək? -

Ötən gün yağan güclü yağış nəticəsində “Sədərək” Ticarət Mərkəzini su basması ilə bağlı xəbər vermişdik. Yağış sularının bəzi obyektlərin içərisinə dolduğu, malların su altında qaldığı bildirilirdi.

ATV-yə açıqlama verən sahibkarlar onlara ciddi ziyan dəydiyini, hətta yağıntı suları səbəbindən öz obyektlərinə daxil ola bilmədiklərini bildiriblər.

Sahibkarlardan birinin sözlərinə görə, mağazada su çəkəcək hər şey islanıb. Mallara su dəydisə rəngi dəyişir, kif atır.

Digər bir sahibkar isə 7-8 min manatlıq malının su altında qaldığını deyir: “Satdığım tekstil məhsullarıdır. Quru təmizləməyə verəcəyik. Ləkəsi çıxan, salamat olan satışa, olmayan da zibilliyə...”

Ticarət Mərkəzinin rəhbərliyi isə hazırda yağıntı sularının çəkilməsi ilə bağlı iş görüldüyünü deyir.

Qeyd edək ki, sözügedən ticarət mərkəzində daha əvvəl də dəfələrlə subasma halları olub və sahibkarlara dəyən ziyan özləri tərəfindən qarşılanıb.

Daha ətraflı süjetdə:

Mənbə: qafqazinfo.az