"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu da 2023-cü ilin göstəricisindən 20,3 % çoxdur.
Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6 % çox) istifadə edib.
Xatırladaq ki, Bakıda metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda “Bakı Metropoliteni” üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.
Mənbə: axar.az