Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib.
Bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib.
"Bu gün biz "yol xəritəsi"ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik", - o qeyd edib.
Mənbə: axar.az